Azərbaycan Kuboku: “Qarabağ” finala yüksəldi

0
8

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.

Turantv.az xəbər verir ki, yarımfinalın cavab matçında “Qarabağ” “Neftçi”ni qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib – 4:1.

Xatırladaq ki, ilk matçda “Qarabağ” səfərdə “Neftçi”ni 4:0 hesabı ilə məğlub etmişdi.

Ölkə çempionu iyunun 2-də final görüşündə “Zirə” ilə üz-üzə gələcək.

“Qarabağ” – “Neftçi” – 4:1

Qollar: Olavio Juninyo, 16, 69, Qara Qarayev, 62 (öz qapısına), Nəriman Axundzadə, 74 – Reziuan Mirzov, 64

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin