Azərbaycanda polisə çağırılan kişi özünü öldürdü – TƏFƏRRÜAT

0
30

Tovuzda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.

Kənd sakini 37 yaşlı Ələkbərov Ruslan Rafiq oğlu bu səhər yaşadığı evin həyətində özünü asıb. Onun asılmış meyitini anası tapıb.

Əldə etdiyimiz məlumata görə, R. Ələkbərov ruhi-əsəb xəstəliyindən əziyyət çəkib. O, ötən gün oğurluq hadisəsinə görə polisə çağırılıbmış.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a bildirilib ki, sözügedən şəxsin soyuducu oğurlaması barədə Tovuz rayon Polis Şöbəsinə müraciət daxil olub. Həmin şəxs validyeni ilə birlikdə Polis Şöbəsinə dəvət olunub. İzahatında R. Ələkbərov törətdiyi əməli etiraf edərək, həmin soyuducunu başqa şəxsə satdığnı bildirib. Şəxsin əqli qüsurlu olması nəzərə alınaraq valideyni ilə birlikdə sərbəst buraxılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin