Qubad İbadoğlu əfv olunacaq? – AÇIQLAMA

0
15

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.
Nərimanov rayon məhkəməsinin qərarına əsassən Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Xatırladaq ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib. Qubad İbadoğlu 9 ay əvvəl həbs edilib.

Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib ki, ev dustaqlığı ilə cəza vermə üsulunu yüksək qiymətləndirirəm:

“Bu variant daha çox tətbiq olunmalıdır. Elə şəxslər var ki, istintaq dövründə də onlara bu vasitədən istifadə edilə bilər. Günümüzdə tədbiq edilən bu addım təqdirəlayiqdir. İnanıram ki, bu digər istintaq altında olan insanlara da şamil olunacaq. Bildiyiniz kimi, Prezidentin müvafiq əhv sərancamları verilir. Lakin əfv istintaqı baş çatmamış şəxslərə şamil olunmayacaq. Ona görə də bunu vaxtında və yerində verilmiş bir qərar hesab etmək olar. Ümid edirəm ki, bu məhkəmənin qərarında da nəzərə alınacaq”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin